Ceyhun Bayramov Mirzoyanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Mirzoyanla görüşdü

Siyasət

24 Oktyabr 2023 00:23 466


Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıq olub.

Yenisabah.az xəbər verir, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" toplantısından sonra mətbuata açıqlamasında deyib.

O vurğulayıb ki, Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır. Dördpendirli pizza

O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.

Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir qeyd edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!