Ceyhun Bayramov Monqolustanın səfiri ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Monqolustanın səfiri ilə görüşdü - Fotolar

Siyasət

14 İyun 2021 19:49 1228


2021-ci ilin 14 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Molqolustanın Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Bold Ravdanı qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov səfir Bold Ravdanı salamlayaraq, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd etdi. Marqarita pizza

Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, onun nəticələri, post münaqişə mərhələsi, o cümlədən azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verdi. Ağdam şəhərinə etdiyi səfəri çərçivəsində Səfirin buradakı vəziyyət və aparılan quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olduğu bildirildi.

Səfir Bold Ravdan Monqolustan xarici işlər naziri Battsetseg Batmunhinin həmkarı Ceyhun Bayramova səmimi salamlarını çatdırdı. Səfir Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik etdi. O, Azərbaycanın azad olunmuş Ağdam şəhərinə təşkil olunmuş səfərin bu ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından olduqca faydalı olduğunu vurğuladı.

Görüş zamanı səfir, Azərbaycanın xarici işlər nazirini Monqolustana səfərə dəvət etdi.

Tərəflər, həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, habelə iqtisadi-ticarət əlaqələri, turizm sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!