Ceyhun Bayramov Pakistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Pakistana başsağlığı verdi

Siyasət

19 İyul 2021 17:14 788


Xarici işlər naziri Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, nazir başsağlığını Tvitter hesabında paylaşıb.

“Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”, - XİN rəhbəri bildirib. Dördpendirli pizza

Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!