Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşdü

Siyasət

18 İyun 2021 19:36 758


Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamed Abdirizak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenisabah.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.

Bu xüsusda, nazir qarşı tərəfə cari ilin 13 iyun tarixində Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib. Marqarita pizza

Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!