Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Siyasət

28 Oktyabr 2023 18:20 725


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər. Dominos pizza

2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün səylərin artırılmasının zəruriliyi təsdiq edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!