Ceyhun Bayramovla Mirzoyan vəziyyəti dəyişə və üzbəüz görüşə bilərmi? - Ermənistanlı hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Mirzoyan vəziyyəti dəyişə və üzbəüz görüşə bilərmi? - Ermənistanlı hüquq müdafiəçisi

Siyasət

21 Avqust 2021 14:20 4658


Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi sırf partiya üzvlüyü ilə əlaqədardır. Belə ki, Mirzoyan Ermənistan Respublikasının hakim partiyasını təmsil edən yeni nəsil siyasətçidir və o, heç vaxt peşəkar diplomat olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Georgi Vanyan Caliber.Az-a açıqlamasında deyib.

“Simvolik olaraq, bu təyinat sülh danışıqlarını aktivləşdirə bilər. Mən simvollardan danışıram, çünki təhlilin digər aspektləri hazırda bizim əlimizdə deyil. Ya danışıqlar bu şəkildə aparılmır, ya da gizli şəkildə davam edir. Heç kim Rusiyanın vasitəçiliyini ləğv etməyib. Analitiklər və jurnalistlər məlumatın az olması səbəbindən, həm Azərbaycanda, həm də Ermənistanda siyasi rəhbərliyin çıxışlarında və ya hökumətyönümlü mediada informasiya təqdim etmə tendensiyalarında nüansları anlamağa çalışırlar. Ancaq xatırlatmaq istəyirəm ki, bu, nankorluqdur. “Nə sülh, nə müharibə” sinusoidi uzun illərdir informasiya sahəsində işləyir və 44 günlük müharibədən sonra yenə başlayıb. Düşmənçiliyin pik həddi başqa mövzulara diqqəti yayındırmaqla əvəzlənir, sonra nədənsə yenidən yüksəlir, danışıqlar prosesinə ümidsizlik və inamsızlıq aşılayır. Dördpendirli pizza

Ceyhun Bayramov və Ararat Mirzoyan vəziyyəti dəyişə və üzbəüz görüşə bilərmi? Onlar heç olmasa, simvolik olaraq üçtərəfli formatdan çıxıb öz cəmiyyətləri üçün geniş tərkibli mətbuat konfransı keçirə bilərlərmi? Yalnız bundan sonra Mirzoyanın Ermənistan xarici işlər naziri vəzifəsinə təyin olunmasını ciddi şəkildə qiymətləndirmək mümkün olacaq”, - deyə G.Vanyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!