Ceyhun Bayramovun yeni müavinləri kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovun yeni müavinləri kimdir?

Siyasət

09 Sentyabr 2023 15:13 4791


Xəbər verdiyimiz kimi, Yalçın Rəfiyev və Samir Şərifov xarici işlər nazirinin müavini təyin edilib.

Yenisabah.az xəbər verir ki, Samir Şərifov bundan əvvəl XİN-də idarə rəisi vəzifəsində olub.

Yalçın Rəfiyev isə “2007-2015 Dövlət Proqramı”nın məzunudur. O, magistratura pilləsini Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə bitirib. Rəfiyev bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi olub. Bundan əvvəl isə Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə o, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib. pizza mizza

Qeyd edək ki, bununla xarici işlər nazirinin müavinlərinin sayı 6-ya çatıb. Bundan əvvəl isə bu vəzifədə 4 müavin - Mahmud Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədovdur fəaliyyət göstərirdi./Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!