CHP-nin yeni sədri Özgür Özel KİMDİR? – Maraqlı faktlar

saytların hazırlanması

Evə çatdırılma

CHP-nin yeni sədri Özgür Özel KİMDİR? – Maraqlı faktlar

Siyasət

05 Noyabr 2023 09:38 1401


Xəbər verdiyimiz kimi, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayı keçirilib. Manisa vilayətindən olan millət vəkili Özgür Özel ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri seçilib. 

CHP-nin 8-ci başqanı olan Özgür Özel 1974-cü ildə Manisada doğulub.

“Yeni Sabah” bildirir ki, Balkan kökənli ailənin övladı olan Özel Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. O, siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub. pizza sifarişi

1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illərdə Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki dövr isə palata sədri vəzifələrində çalışıb. Bu müddətdə Manisa Akademik Palatalar Birliyinin müddətli sözçüsü və rəhbəri olub. Bundan əlavə, Beynəlxalq Əczaçılıq Federasiyası, Avropa Birliyinin Əczaçılıq Qrupu və Avropa Əczaçılıq Forumu kimi beynəlxalq təşkilatların üzvüdür.

2007-2011-ci illər arasında Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar, iki dövr baş katib vəzifələrində çalışıb. Həmin dövrdə Manisanı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə Böyük Millət Məclisində işlədiyi müddətdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyası, CHP Həbsxanaları İzləmə və İstintaq Komissiyası, CHP Universitet və Tələbə Problemləri Araşdırma Komissiyası, Türkiyə Böyük Millət Məclisi Soma Mədən Araşdırma Komissiyasına üzvlük kimi mühüm vəzifələri öz üzərinə götürüb.

25, 26 və 27-ci dövrlərdə Cümhuriyyət Xalq Partiyasının qrup sədrinin müavini olaraq Türkiyə Böyük Millət Məclisində CHP-nin işinə rəhbərlik edib, 2015-ci ildə isə deputat qrupunun sədri olub.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!