Çılpaq videosunu paylaşan biznesmenin Azərbaycandan çıxışına qadağa qoyula bilər

saytların hazırlanması

Evə çatdırılma

Çılpaq videosunu paylaşan biznesmenin Azərbaycandan çıxışına qadağa qoyula bilər

Sosial

12 Oktyabr 2024 20:55 1227


İş adamı Fəxrəddin Əskərov məhkəməyə verilib.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb biznesmenin dövlətə olan borcları ilə bağlıdır.

Belə ki, Fəxrəddin Əskərova məxsus "Qayğı-1" Müstəqil Kiçik Müəssisəsinin dövlət büdcəsi və fondlara vergi borcu yaranıb. Ancaq bir müddətdir, həmin borclar ödənilmir. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada dövlət qurumu iş adamının ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir. pizza mizza

Qeyd edək ki, Fəxrəddin Sultan oğlu Əskərov bu il may ayında soyunaraq qeyri-etik görüntülərini sosial şəbəkədə yayması ilə gündəmə gəlib. Məlumata görə, o, videoda Nərimanov rayonunda vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib. Bu əməlinə görə o, polis tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!