Çin lideri Qərbə nəsihət verdi

saytların hazırlanması

Evə çatdırılma

Çin lideri Qərbə nəsihət verdi

Dünya

21 Aprel 2022 14:52 417


“Birtərəfli sanksiyalar və ikili standartlar siyasəti qəbuledilməzdir”.

Yenisabah.az xəbər verir ki, bunu Çin lideri Si Zinpin Asiya İqtisadi Forumu üçün videomüraciətində bildirib.

“Bütün dünya ölkələri ortaq taleyi olan böyük bir gəmidə üzür.Əgər Qərb şiddətli dalğaları yarıb daha parlaq gələcəyə doğru yollanmaq istəyirsə, biristiqamətli hərəkət etməlidir. Kimsəni dənizə atmağa cəhd etmək yolverilməzdir”, - deyə Çin lideri çıxışında vurğulayıb. Sezar pizza

Si Zinpin ikili standartlar siyasətinə və birtərəfli sanksiyalardan sui-istifadəyə son qoymağa çağırıb. O, ölkələr arasında mübahisə və münaqişələrin sülh, eləcə də dialoq və məsləhətləşmələr yolu ilə həllinin, habelə böhranın müharibəsiz həlli istiqamətində səylərin dəstəklənməsinin zəruriliyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!