"Tibet Airlines" məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çonqinq şəhərindəki beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağında alovlanıb.
Yenisabah.az "Sinxua"ya istinadla xəbər verir ki, hadisə səhər saat 8:00 radələrində baş verib. Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvü olub. 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.
Ölənlər barədə məlumat verilməyib, qəzanın səbəbi hələ müəyyənləşdirilir. Pepperoni pizza
Telegram kanalımız