Çin yeni hərbi baza tikir

saytların hazırlanması

Evə çatdırılma

Çin yeni hərbi baza tikir

Dünya

07 İyun 2022 16:56 901


Çin Kambocada öz ordusunun istifadəsi üçün gizli dəniz obyekti inşa edir.

Yenisabah.az “Washington Post”a istinadla xəbər verir ki, bunu anonim qalmış bir Qərb rəsmisi açıqlayıb.

Söhbət Siam körfəzində yerləşən və Kambocanın şimal hissəsinin əsas dəniz obyekti olan “Ream“ dəniz bazasından gedir. Obyektin təməlqoyma mərasimi bu həftə baş tutacaq. Sezar pizza

Nəşrin məlumatına görə, həm Çin, həm də Kamboca bu məlumatı təkzib edir və əməliyyatı gizlətmək üçün tədbirlər görür.

Bu, Çinin Kambocada ÇXR-dən kənarda yerləşən ikinci, lakin strateji əhəmiyyətli Hind-Sakit okean regionunda birinci hərbi bazası olacaq. Hələlik Pekinin yeganə xarici hərbi bazası Şərqi Afrikada, Cibutidədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!