Çin yeni təyyarədaşıyan gəmini suya buraxdı

saytların hazırlanması

Evə çatdırılma

Çin yeni təyyarədaşıyan gəmini suya buraxdı

Dünya

17 İyun 2022 13:20 995


Şanxayda Çin Hərbi Dəniz Qüvvələrinin üçüncü, ən müasir təyyarədaşıyan gəmisinin suya buraxılması mərasimi keçirilib.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, "Fujian" ləqəbli təyyarədaşıyan gəmi quru meydançanı tərk edərək yaxınlıqdakı estakada dayanıb.

"Fujian" müxtəlif tipli təyyarələri buraxmaq üçün elektromaqnit katapultla təchiz edilmiş ilk Çin təyyarə gəmisi olub. Gəminin ümumi yerdəyişməsi 80 min ton təşkil edir. Toyuqlu pizza

İndi təyyarədaşıyan avadanlıqla təchiz olunmalıdır ki, bu da 2 aydan 6 aya qədər vaxt aparmalıdır. Bunun ardınca mühəndislər elektromaqnit katapultunu sınaqdan keçirməyə başlamazdan əvvəl, ehtimal ki, 6 ay davam edəcək limanda və dəniz sınaqlarında gəmi sınaqları keçiriləcək.

Hazırda Çin Hərbi Dəniz Qüvvələrində, sualtı qayıqlar da daxil olmaqla, 355 gəmi var. Amerika tərəfinin fikrincə, Çin 2025-ci ilə qədər donanmanın tərkibini 420 gəmiyə, 2030-cu ilə qədər isə 460 gəmiyə çatdıracaq.

Gəmilərin sayına görə o, ABŞ Hərbi Dəniz Qüvvələrindən geri qalır.  ABŞ-ın 11 təyyarədaşıyan gəmisi, eləcə də helikopterləri və şaquli qalxan təyyarələri daşımağa qadir olan doqquz universal desant gəmisi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!