Çinin 5 şirkəti qara siyahıya  salındı

saytların hazırlanması

Evə çatdırılma

Çinin 5 şirkəti qara siyahıya salındı

Dünya

29 İyun 2022 11:12 645


ABŞ-ın Ticarət Nazirliyi Ukraynada hərbi xüsusi əməliyyat başlamazdan əvvəl və sonra Rusiya ordusu ilə əməkdaşlıqda şübhəli bilinən 5 Çin şirkətini qara siyahıya salıb.

Yenisabah.az "Financial Times"a istinadla xəbər verir ki, bunlar "Connec Electronics", "King Pai Technology", "Sinno Electronics", "Winninc Electronics" və "World Jetta (HK) Logistics"dir.

Siyahıya daxil olan hüquqi şəxslər üçün Amerika mallarının, habelə Amerikanın iştirakı ilə və ya Amerika texnologiyalarından istifadə etməklə xaricdə istehsal olunan malların alınmasına məhdudiyyətlər tətbiq edilir. pizza

ABŞ ticarət nazirinin müavini Alan Esteves açıqlamasında deyib:

"Belə bir addım bütün dünyada fiziki şəxslərə və qurumlara açıq bir mesaj verir ki, əgər Rusiyaya dəstək vermək istəsələr, ABŞ onları dayandıracaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!