COP29 Bakıda - Tədbirin Azərbaycana verəcəyi ekoloji töhfələr böyükdür

saytların hazırlanması

Evə çatdırılma

COP29 Bakıda - Tədbirin Azərbaycana verəcəyi ekoloji töhfələr böyükdür

Sosial

25 İyul 2024 15:10 575


Azərbaycan artan iqtisadiyyat, sosial tərəqqi və innovasiyalar daxil olmaqla, sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi qəbul edilir. Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırıb. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafın” təşviq edilməsi xüsusi diqqət mərkəzindədir. 

Milli ekoloji siyasətin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır. Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılması üçün təcrübənin öyrənilməsində ölkəmizə kömək edəcək. Eyni zamanda iqlim dəyişikliyi ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını asanlaşdırmaq mümkün olacaq. 

Azərbaycan ekologiya və iqlim sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də fəal iş aparır. COP29 mövcud qaydaları müzakirə etmək və təkmilləşdirmək imkanı verəcək.  Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, COP29 tədbiri Azərbaycanda “Yaşıl enerji” layihələrinin yaadılmasına ciddi töhfələr verəcək: 

“Öncə onu qeyd edim ki, Azərbaycan COP29-a ev sahibliyi etməsə də, “Yaşıl enerji” və bərpa olunan enerji layihələri ilə bağlı artıq önə çıxıb və dövlət bu məsələyə çox diqqət edir. Bu iqlim dəyişikliyi ilə bağlı 29-cu beynəlxalq konfransdır. BMT üzvü olan 200-ə qədər dövlətin içərisində Azərbaycan önə çıxıb və 2 həftəlik mühüm bir tədbir keçirəcək. Birincisi, bu ölkəmizin  nailiyyətidir. İkincisi, Azərbaycanın bu tədbirdən sonra dünyada kifayət qədər tanınması mümkün olacaq. Bu çox önəmlidir. Digər tərəfdən Azərbaycan vətəndaşlarının ekoloji duyarlılığı və çevrəyə diqqəti genişlənəcək. Azərbaycanda islahatlar daim olaraq keçirilir. Bu islahatların əsas qollarından biri də məhz ekoloji məsələlərlə bağlıdır. Azərbaycan dövləti ekologiya sahəsində ciddi islahatlar həyata keçirməkdədir. 2024-cü ilin “Yaşıl enerji” ili elan olunması, müxtəlif layihələrin hazırlanması özlüyündə ekologiyaya ayrılan diqqətdir. Lakin bizim vətəndaşlarımızın çevrə duyarlılığı zənnimcə yetərincə deyil. Məsələn, dənizin kirləndirilməsində fabrik və zavodlarla bərabər vətəndaşlarımız da kifayət qədər rol oynayır. Çimərliyə gedərkən zibilləri sahidə buraxır, plastik qabları və zəhərli maddələrin hamısı dənizə atılır. Xüsusən, ətraf mühitin qorunması ilə bağlı ciddi qərarlar verilməli, qanunlar qəbul olunmalıdır”. 

Millət vəkili Fazil Mustafa COP29-un Azərbaycanın gücünü göstərən bir tədbir olduğunu diqqətə çatdırıb: 

“COP29 birinci növbədə ölkənin gücünü göstərən bir tədbirdir. Yəni ölkə güclüdür ki, belə bir böyük tədbirə ev sahibliyi edir. Ölkənin nüfuzu da digər böyük dövlətlər tərəfindən qəbul olunur. Çünki müzakirə olunan məsələ unikal və hamını maraqlandıran məsələdir. İqlim dəyişikliyinə qarşı həssaslıq bu gün kifayət qədər böyükdür. Azərbaycanın bu baxımdan diqqət mərkəzinə gəlməsi, nüfuzunun artması deməkdir. Digər tərəfdən ölkənin tanınması baxımından bu tədbir əla fürsətdir. Çünki gələn qonaqların müəyyən bir qismi həm ölkə ilə tanış olacaq, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan yaşıl enerji layihələrinin perspektivlərinə münasibət bildirəcəklər. Bütün bunlar hamısı bizim üçün hərtərəfli bir fürsətdir və bu fürsəti yaxşı dəyərləndirməliyik. Biz çalışmalıyıq ki, bu tədbirlər Azərbaycan üçün əlavə dividentlər gətirsin”. 

Deputat Naqif Həmzəyev noyabrda keçiriləcək tədbirin dünya dövlətlərinin Azərbaycana olan inamından xəbər veridiyini vurğulayıb: 

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin uzun illərdir daxildə və xaricdə keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Eyni zamanda Azərbaycanda ətraf mühitin qorunması, “Yaşıl enerji”yə keçidin təmin edilməsi, eyni zamanda tək regional deyil, qlobal məkanda bir çox problemlərin həllində həmrəylik nümayiş etdirməsi nəticə etibarı ilə Azərbaycana bu cür məsuliyyətli işin də həvalə edilməsi ilə nəticələndi. Bütün bunlarla yanaşı, baxmayaraq ki, Azərbaycan uzun illərdir ki, enerji resurslarının ixracı ilə məşğuldur, buna paralel olaraq, işğaldan azad edilmiş əraziləri “Yaşıl enerji” ərazisi elan edib. Yaxın gələcəkdə “Yaşıl enerji”nin istehsalı və ixracının planlaşdırılması, Qara dənizin dibi ilə Avropaya çatdırılması layihələrinin icrasını həyata keçirmək üçün anlaşmaların əldə edilməsi, düşünürəm ki, Azərbaycanın məhz bu proseslərdə aktiv iştirakının bariz nümunəsidir. Eyni zamanda Azərbaycan təkcə öz resursları hesabına deyil, xarici sərmayə hesabına da “Yaşıl enerji”nin istehsalına başlayıb. Bununla bağlı həm günəş, həm də küləkdən enerji əldə edə bilən xüsusi stansiyalar qurulub. Bir sözlə, Azərbaycan bu prosesdə aktiv iştirak edir. Nəticə etibarı ilə, COP29 Azərbaycanda keçirilməklə əldə edilmiş bir çox razılıqların məhz Azərbaycanda keçiriləcək görüşlər zamanı nəticələnəcəyinə ümidliyik. Bütün bunlarla yanaşı, məlum olduğu kimi, bu tədbir inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən çox dəstək verdiyi və iqlim məsələləri ilə bağlı çox çətin vəziyyətdə olan dövlətlərə dəstək göstərən ölkələrdən birinin Azərbaycan olması bizi olduqca sevindirir. Bu birbaşa olaraq, Azərbaycanın nüfuzundan xəbər verir”. 

Nazim Hacıyev 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!