Crocus City Hall bu banka girov qoyulub 

saytların hazırlanması

Evə çatdırılma

Crocus City Hall bu banka girov qoyulub 

Dünya

27 Mart 2024 15:12 3237


Martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall” konsert zalı “Qazprombank”a kreditlə girov qoyulub. Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən bu, təsdiqlənir. 

Musavat.com xəbər verir ki, bu barədə RBC yazıb. 

Qeyd olunub ki, Mejdunarodnaya küçəsində, "Crocus International" şirkətinə (iş adamı Araz Ağalarovun “Crocus Group”un strukturlarından biri) məxsus sahəsi 38 min kvadratmetrdən çox olan 20 nömrəli bina 2023-cü il noyabr tarixli müqavilə ilə ipotekadadır. Müqavilə 24 dekabr 2032-ci il tarixinədək qüvvədədir.  pizza mizza

Bu müqavilə əvvəllər yenidən müzakirə edilib, obyekt 2022-ci ilin dekabrında verilən tapşırıq nəticəsində “Qazprombank”a girov qoyulub. 

"Crocus Group" şərh verməkdən imtina edib. "Qazprombank" RBC-nin sorğusuna cavab verməyib. 

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, "Crocus"da martın 22-də baş verən terror aktı qurbanlarının sayı artaraq 139 nəfərə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!