“Crocus City Hall”a nə qədər ziyan dəyib?

saytların hazırlanması

Evə çatdırılma

“Crocus City Hall”a nə qədər ziyan dəyib?

Dünya

23 Mart 2024 21:36 995


"Terror aktı nəticəsində "Crocus City Hall"a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubla yaxındır. Konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5-11,4 milyard rubl arasında qiymətləndirilə bilər".

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan bildirib.

O, "Crocus City Hall"un Moskvanın ən yaxşı, əla təchiz olunmuş konsert salonlarından biri olduğunu qeyd edib. pizza mizza

Manasyan vurğulayıb ki, konsert salonunda sıradan çıxmış avadanlıqların bərpası da çətin olacaq. Çünki hazırda sanksiyalar səbəbindən bir çox zavod və fabriklərin materiallarını Rusiyaya gətirmək mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!