İyunun 17-də Avropa Komissiyası (AK) Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə namizəd dövlət statusu ilə bağlı müraciətlərinə dair rəyini açıqlayacaq.
Yenisabah.az xəbər verir ki, bunu AK sözçüsü Erik Mamer bildirib.
"Mən mətbuatda gördüm ki, guya komissiya dünən artıq qərar verib. Bu, tamamilə yanlış məlumatdır. Dünən komissiya heç bir qərar verməyib. İdarə heyəti üzvlərinə vəziyyətlə bağlı öz baxışlarını ifadə etməyə imkan verən analitik debat keçirib. Bütün bunlar Cümə günü elan ediləcək bir qərar hazırlamaq üçündür", - deyə sözçü Brüsseldə keçirdiyi brifinqdə bildirib. Sezar pizza
“Yəni kollegiya bu yekun müzakirəyə hazırlaşıb, xidmətlər qərarla bağlı sənədləri yekunlaşdırır. Hər şey kollegiyanın Cümə günü gündəminə uyğundur, xüsusən də bu məsələ. Cümə günü isə idarə heyəti müzakirə aparacaq və nəticə açıqlanacaq”, - deyə Mamer izah edib.
O, bunun normal prosedur olduğunu vurğulayıb:
"Bəzən elə olur ki, ilkin müzakirə ilə qərar arasında vaxt az olur. Hər şey şəraitdən asılıdır. Amma bu kontekstdə bu dosye üzərində işləməkdə müstəsna heç nə yoxdur.
"Aİ-nin yekunu başa çatdıqdan sonra Aİ-yə üzv dövlətlər Avropa Komissiyasının qərarla bağlı arqumentlərinin nə dərəcədə inandırıcı olması məsələsini nəzərdən keçirməli olacaqlar", - deyə sözçüsü fikirlərini yekunlaşdırıb.
Telegram kanalımız