Cümə namazında İNSİDENT: 57 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Cümə namazında İNSİDENT: 57 nəfər yaralandı

Dünya

23 Aprel 2022 11:46 408


Dünən səhər saatlarında bir müddətdir İsrail basqınları ilə gündəm olan Məscidül-Əqsaya polis yenidən müdaxilə edib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin müdaxiləsindən sonra İsrail tərəfi fələstinli gənclərin cümə namazı üçün Məscidül-Əqsaya daxil olmasına icazə verib.

İsrail polisi dünən səhər namazından sonra fələstinli nümayişçilərin bölgəyə toplaşdığını əsas gətirərək müdaxilə edib. Polisin verdiyi açıqlamada müdaxilənin yüzlərlə insanın yəhudilərin ibadət etdikləri Ağlama Divarına daş və atəşfəşanlıq atması ilə başladığı iddia edilib. Polisin müdaxiləsi nəticəsində 57 nəfərin yaralandığı bildirili. Xəstəxanada müalicə alan 14 yaralıdan birinin vəziyyətinin ağır olduğu deyilir. Toyuqlu pizza

Qeyd edək ki, namazdan sonra fələstinlilər İsrail əleyhinə şüarlar səsləndirərək təkbir deyiblər. İsrail polisi həyətdəki minlərlə insana pilotsuz təyyarələrlə gözyaşardıcı qaz atıb.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!