Daha bir narkokuryer saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir narkokuryer saxlanıldı

Kriminal

18 Fevral 2023 11:40 725


Abşeronda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 1 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, paytaxt sakini Kamran Quliyevdir. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. pizza

Kamran Quliyevin, həmçinin, sosial şəbəkələrdə gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib. 

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!