Daha bir ölkə rusiyalı diplomatları qovdu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə rusiyalı diplomatları qovdu

Dünya

07 Aprel 2022 11:25 465


Rəsmi Vyana dörd rus diplomatı Avstriyadan  çıxarır.

Yenisabah.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi bildirib.

“Avstriya Respublikasının Avropa və Xarici İşlər üzrə Federal Nazirliyi Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşının və Rusiyanın Zalsburqdakı Baş Konsulluğunun bir əməkdaşının diplomatik statusunun geri götürülməsi barədə qərar qəbul edib”, - deyə məlumatda vurğulanıb. Sezar pizza

Nazirlik iddia edir ki, bu əməkdaşlar “diplomatik statuslarına uyğun olmayan hərəkətlərə yol veriblər”.

Onlar aprelin 12-dən gec olmayaraq ölkəni tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi Vyananın hərəkətlərinə müvafiq cavab verəcəyini vəd edib.

Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya öz diplomatlarının görünməmiş qovulması ilə üzləşib: RİA Novosti-nin məlumatına görə, son bir ay ərzində 300-dən çox diplomat müxtəlif ölkələrdən çıxarılıb və bu say artır.

Prezident Putinin sözçüsü Dmitri Peskov öz növbəsində bildirib ki, Kreml diplomatların ölkədən çıxarılmasından təəssüflənir, çünki bu, görünməmiş çətin şəraitdə ünsiyyət imkanlarını məhdudlaşdırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!