Daha bir siyasi partiya qeydiyyata alındı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir siyasi partiya qeydiyyata alındı

Siyasət

07 Sentyabr 2023 17:30 510


Ədliyyə Nazirliyi daha bir partiyanı dövlət qeydiyyatına alıb. 

Yenisabah.az xəbər verir ki, Nazirlik Elşad Musayevin rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyasının təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

“Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edilərək Ədliyyə Nazirliyinə təqdim edilmiş Böyük Azərbaycan Partiyasının üzvlərinin reyestrinin bu Qanunun tələblərinə uyğunluğu yoxlanılmış və təsdiq edilmişdir", - Elşad Musayev bildirib. Sezar pizza

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Yeganə qeydiyyata alınan partiya hakim Yeni Azərbaycan Partiyası olub. Nöqsanlarla bağlı digər partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. 

İndiyədək müsbət cavab alan partiyalar aşağıdakılardır: 

- Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

- AĞ Partiyası

- Ümid Partiyası

- Haqq Ədalət Partiyası

- Azərbaycan Milli İstiqlal Partiyası

- Milli Dirçəliş Hərəkatı Partiyası

- Ana Vətən Partiyası

- Milli Cəbhə Partiyası 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!