DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Kriminal

13 Aprel 2024 20:37 830


Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. 

Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb.

61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünün bəyənmədiyi pis davranışı olub. pizza

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadını saxlayıblar.

Qeyd edək ki, onun bu hadisəyə qədər heç bir cinayəti olmayıb. Bundan başqa, vətəndaş sosial şəbəkələrdə şübhə yarada biləcək heç bir şey dərc etməyib. Qadın damarları gücləndirən xalq üsullarını, sağlam onurğanın sirlərini abunəçiləri ilə bölüşüb, 100 yaşına qədər necə yaşamaq lazım olduğunu göstərən videolar yayımlayıb.

Onun barəsində azyaşlı uşağın öldürülməsi maddəsi ilə cinayət işi açılıb. (Oxu.az)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!