Müğənni Demet Akalın Azərbaycanda ona verilən hədiyyələrdən danışıb.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
Müğənni Naxçıvanın qonaqpərvərliyindən ağız dolusu söz açıb: Dominos pizza
"Hələ də ötən günün təsirindəyəm. Çünki bizi inanılmaz şəkildə gözəl qarşıladılar. Hamıya təşəkkür edirik. Təşkilatçılıq yüksək səviyyədə idi. Təyyarəyə qutu-qutu meyvələr və ət pay qoymusunuz. Hətta o məşhur duzdan da qoymusunuz… Mayamiyə səfərimizdən sonra ilk dəfə bu qədər gözəl qarşılanırıq".
Qeyd edək ki, D.Akalın Naxçıvana həyat yoldaşı Okan Kurtla birgə gəlib.
Telegram kanalımız