Dəniz Əsədova hakim qarşısında

saytların hazırlanması

Evə çatdırılma

Dəniz Əsədova hakim qarşısında

Kriminal

17 Dekabr 2024 10:33 770


Əvvəllər dəfələrlə məhkum olunmuş müğənni Dəniz Əsədova daha bir cinayət  işi üzrə də yenidən təqsirləndirilən şəxs olub.

“Yeni Sabah” xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Dəniz Əsədova barəsində daha bir vətəndaş tərəfindən onu sosial şəbəkələrdə təhqir etməsinə və böhtan atmasına görə verilmiş xüsusi ittiham şikayətinə baxılıb. 

Verilən qərar ilə daha bir xüsusi ittiham şikayəti icraata götürülüb və məhkəmə baxışı təyin edilib. Bununla Dəniz Əsədova yenidən təqsirləndirilən şəxs statusu alıb.  Marqarita pizza

Xatırladaq ki, daha əvvəl də vəkil Asim Abbasov tərəfindən Dəniz Əsədova barəsində verilən xüsusi ittiham şikayəti də icraata qəbul edilmişdi.

Müğənni əvvəllər analoji maddələr və dələduzluq (CM 178) maddəsi ilə məhkum olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!