Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olundu - Foto

Sosial

27 Yanvar 2021 20:20 1076


Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.

Yenisabah.az xəbər verir ki, onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.

Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Toyuqlu pizza

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!