Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri...”

Sosial

08 Oktyabr 2024 14:00 28321


Adətən, media gündəmində şou xəbərlərə üstünlük verilməsi və bu tip informasiyaların daha çox baxış toplaması cəmiyyətin müəyyən təbəqəsi tərəfindən tənqidlə qarşılanır. Mətbuatın rənginin saralması cəmiyyətdə müzakirəsiz ötüşmür. 

Bəziləri şou-biznes camiəsindən gələn məlumatların jurnalistikanın dadı-duzu olduğunu, əyləncə funksiyasına yönəldiyini qeyd etsə də, belə informasiyaların xəbər yükünün olmadığını və Azərbaycan jurnalistikasını nüfuzdan saldığını vurğulayan insanlar da az deyil. Şou-biznes nümayəndələrinin şəxsi həyatı, həmkarları ilə qalmaqalları, hətta övladlarına keçirdiyi toy məclislərinin mediada gündəmə çevrilməsi artıq insanları bezdirib. 

Biz ötən gün oğluna toy edən müğənni Afət Fərmanqızının timsalında bu tendensiyanı yenidən müşahidə etdik. Məlum toyla bağlı xəbərlərin saatbasaat yenilənməsi müzakirələrə səbəb oldu. Toyuqlu pizza

Məsələni “Yeni Sabah”a şərh edən deputat Fazil Mustafa bildirib ki, bu cür xəbərlərin çoxalması insanları bayağılığa sövq edir: 

“Azərbaycan mediasının indiki durumu budur. Populist bir yanaşmadır. Xəbərlərin seçimlərinə də belə yanaşırlar. İnsanları düşündürən və onlara fayda verə biləcək məlumatlardan daha çox belə xəbərlərə üstünlük verilir. Bu da bizim reallığımızdır. Nə edək, kütlə nə ilə maraqlanırsa, media da ona doğru yönəlir. Bütün bunlar strategiyamızın müəyyən hüdudlarında doğru nələrisə təsbit etməməyimizdən irəli gəlir. Beləliklə, cəmiyyəti  bayağılığa, insana fayda verməyən informasiyalara yönləndirirlər”. 

Millət vəkili bir çox yanaşmanın dəyişməsi lazım olduğunu vurğulayıb:

“Kiminsə toy etməsi qəbahət deyil. Bunu xəbərə çevirənləri də qınamaq lazım deyil. Həmin şəxslərin ümumi dünyagörüşü, yanaşması belədirsə, bu da bizim nə qədər acınacaqlı durumda olduğumuzu və müəyyən məsələləri yenidən gözdən keçirməli olduğumuzu göstərir. Çünki biz hər halda cəmiyyəti yaxşı istiqamətə yönləndirəcək sistem formalaşdırmalı və bir mühit yaratmalıyıq. Təəssüf ki, bu mühit hələ ki, yoxdur”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yaşar
    Bütün kanallarda toy adəti ağına bozuna baxılmadan saatlarla yayımlanır. Pul qazanmağın yolunu tapıblar jurnalistlər. Belə verilişlər millətin səviyyəsinin aşağı olmasına işarədir. Ş
    2 years ago
  • Bakidan
    Ay deputat..Men hec bilmirem ne xeber ne toy...harda ...kimin....oLsunda.....Allah xowbext elesin.....Siz deputatLar......esL Deputatligla mewqul olun.....xalqa komek edin.....: meselen butun neqliyyatlarda qiymetleri endirin.....
    2 years ago
  • Fazil
    Doğru buyurursunuz bəy. Məni də bu saat düşündürən odur ki, arzuladığımız cəmiyyət, arzuladığımız parlament bizdə nə zaman formalaşacaq. Və bir xalq olaraq nə etməliyik ki, bütün bunlara nail olaq? Yaxşı olardı ki, onun yollarını bizə açıqlayardınız. Yoxsa onu qınama, bunu qınama. Belə düzəlməz.
    2 years ago