Deputat Mübariz Mənsimovla fotosundan danışdı:   “Kimsənin puluna ehtiyacım yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Deputat Mübariz Mənsimovla fotosundan danışdı: “Kimsənin puluna ehtiyacım yoxdur”

Siyasət

20 İyul 2019 19:38 2456


Milli Məclisin deputatı Fəzail Ağamalı azərbaycanlı iş adamı Mübariz Mənsimovla Türkiyədə bir yerdə çəkilən fotosundan danışıb. 

“Yeni Sabah” xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında sözügedən fotonun oteldə deyil, restoranda çəkildiyini bildirib:

"O foto restoranda çəkilib. Biz bir yerdə yemək yemişik. Mənim Mübariz Mənsimovla bir yerdə oturub yemək yeməyim və foto çəkdirməyim nə vaxtdan böyük hadisə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə olunur? Axı burada nə var? Mənim kimsənin puluna ehtiyacım yoxdur. Fəzail Ağamalının öz problemlərini həll etməyə kifayət qədər imkanı və hörməti var. Mən kiminləsə oturub-dururamsa və çörək yeyirəmsə, hər kəs bunun arxasında hər hansı təmənna axtarmasın? Hamı bunu öz arşını ilə ölçməsin? Fəzail Ağamalı heç bir təmənnaya sığan kişi deyil". Dominos pizza

Xatırladaq ki, "Palmali" Holdinqin prezidenti Mübariz Mənsimovun Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilə bir yerdə çəkdirdiyi fotosunu paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!