"Zənnimcə, kim nədən çox danışırsa, özündə o keyfiyyətlərdən az olur. VİP sədri var, Əli Əliyev. Sözünü şərəf, vicdan, düzlük və ədalətlə başlayır. Özündə olmayandan danışdıqca da o qədər həyacanlanır ki, ağzı tüpürcəklə dolub-daşır. İşi-gücü də, əsasən, müxalifəti vurmaq və ancaq özünü müxalifət hesab etməkdir. Bu adam elə bilir ki, müxalifətçilik psixi xəstə kimi başını əsdirmək, dəli kimi hərəkətlər etmək, başqalarını söymək və təhqir etməkdir. O qədər əsəb və stres keçirir ki, adamın ağzı əyilir. Bu adam mütləq psixoterapevtə müraciət etməlidir.
Adama yazığım gəlir desəm də, yalan olar. Bir gün səsi ruhi xəstəxanadan gələcək. Bu adama demək lazımdır ki, sənin bu cəmiyyətə bu günə qədər nə töhfən olub? Deputat olmaq üçün girib-çıxmadığın otaq qalmayıb. Guya sən parlamentə düşsəydin, mandatından imtina edəcəkdin? Yoxsa parlamentə düşüb dağı dağ üstə qoyacaqdın? Axı özünü, emosiyasını, psixi durumunu idarə edə bilməyən adam parlamentə necə seçilə bilər?"
Yenisabah.az xəbər verir ki, bunu deputat Razi Nurullayev VİP sədri Əli Əliyevin son çıxışlarına münasibət bildirərkən deyib. Toyuqlu pizza
"Bu əhvalatı bilənlər biləcəklər ki, nədən danışıram. Bir nəfər deyib ki, qərara gəlməsəniz, AXCP sədrliyinə özüm namizəd olacağam və sədr seçiləcəyəm. Bir nəfər (Allahın rəhmətinə qovuşub) də qayıdıb ona deyib ki, ay filankəs, sənə salam verərlər, amma səs verməzlər. İndi, ay Əli, sənə qulaq asarlar, dinləyərlər, çəpik çalarlar, amma səs verməzlər. 44 günlük müharibəyə nə töhfə vermisən? Amma mən - Razi Nurullayev 1000-dən çox müharibə iştirakçısına kömək etmişəm, əlindən tutub xəstəxanaya aparmışam, vətəndaşların eşidilməyən səsi olmuşam. Sən isə övladlarını müharibəyə göndərməyib, gizlədib sonra vətənpərvərlikdən danışan adamsan. Müxalifətçilik o demək deyil ki, hər addımda hər kəsi hədəf alasan. Seçki-zaddır bəyəm? Bir özünə bax və gör ki, Allah eləməsin, birdən ölkəni sən təmsil edəsən, Azərbaycan “Aşqabat batan kimi batar".
Xəbərin var ki, xeyli insan sənə psix deyir? Sən həm də kiçicik siyasətçi kimi tərbiyəsizlik edirsən və bu, ümumi müxalifətin adına yazılır. Dövlət orqanları ilə əməkdaşlığı tənqid edirsən. Sən onda ev vergisi vermə, dövlətin qanunlarına tabe olma, yol polisinin əmrinə maşın saxlama, Prezidentin verdiyi heç bir Fərman və Sərəncamlara əməl eləmə. Edə bilərsən? İndi biz nə edək? Dövlətin qanunlarına qarşı çıxaq, deyək ki, Prezidentin verdiyi Sərəncamı və təyin etdiyi adamları tanımırıq?
Müxalifətli-iqtidarlı adını çəkdiyin insanların günahına batırsan. Deputat Tahir Kərimli həqiqət çarçısıdır, hər zaman haqqın yanında dayanıb. Sənə onun getdiyi şərəfli yolun 10 metrini belə getmək çətin olar. Biz heç kimi təhqir etmirik, təhqir təhqir yaradar, adını müxalifət qoyub hamımıza ləkə yaxırsan. Cavabın da öz tərzinə uyğun verilir"- deyə R.Nurullayev vurğulayıb.
Deputat sonda bir müqayisə aparıb:
"Televiziyalarda insanların həssas kütləsinə hesablanmış proqramlar olur. Özünün auditoriyası var. Sən isə siyasətin evləndirmə-boşandırma proqramının aparıcısısan. Sənə salam verərlər, amma səs yox. Bunu qulağında sırğa elə və unutma!"
Telegram kanalımız