“Ermənilərin riyakarlıqlarını, ikiüzlülüklərini bildiyimizə görə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsinə bir az səbirlə yanaşmalıyıq”.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.
“Yəni ermənilər söz verəcəklər, silahlarını yerə qoyacaqlar, amma arxada yenə bəzi oyunlar çevirəcəklər. Bu isə rus sülhməramlılarına bəhanə verəcək ki, Qarabağdan çıxmaq məsələsini bir az da uzatsınlar. Buna görə də, ən optimal variant sülhməramlıların 2025-ci ildə çıxmalarıdır. Elə o vaxt çıxmaları Azərbaycanın bugünkü qələbəsi kimi uğurlu olacaq”, - deyə Milli Məclis üzvü qeyd edib. Dominos pizza
Telegram kanalımız