Deputat Operativ Qərargahı tənqid etdi:   “Bazarı azara çeviriblər“

saytların hazırlanması

Evə çatdırılma

Deputat Operativ Qərargahı tənqid etdi: “Bazarı azara çeviriblər“

Siyasət

05 Avqust 2021 17:58 4060


“Qarşıdan növbəti şənbə və bazar günü gəlir. Bir çox insanımız üçün bu işgəncə və azar günləridir. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar düşəcəklər taksi axtarışına. Pulu-parası olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, insanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar:

“Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdə, iş yerlərinə də elə bir axın yox. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma risqini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz. Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhərətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlill boğazından kəsdiyi pulu taksiçiyə verməyə məhkum olur”. pizza sifarişi

Fazil Mustafa hesab edir ki, təcili olaraq bu qərara baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!