Deputat Xankəndi, Xocalı və Xocavəndlə bağlı təklifi dəstəklədi: “Çünki Qarabağın...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat Xankəndi, Xocalı və Xocavəndlə bağlı təklifi dəstəklədi: “Çünki Qarabağın...”

Siyasət

30 Sentyabr 2023 17:05 11381


“Gənc ailələrin Qarabağın yenidən qurulmasında iştirak etməsi üçün onların Xankəndi, Xocavənd, Xocalı və Hadruta köçürülməsi təklifi çox haqlı və dəyərli bir təklifdir. Çünki Qarabağın yenidən bərpası ilə məşğul olan insanların həmin yerdə məskunlaşması daha uğurlu və məqsədəuyğun olar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O, separatçı xunta tərəfindən zor gücü ilə Qarabağdan köç etdirilən ermənilərin boş qalmış evlərinin Qarabağda işləyən gənc ailələrə verilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. Pepperoni pizza

Millət vəkilinin fikrincə, hazırda həmin şəxslər bölgəni tikib, qurub, yaradır və bunların çoxu gənclərdir:

“Ona görə də həmin gənclərin də orada məskunlaşması elə bilirəm ki, çox vacibdir. Qarabağda yerli əhali də bölgəyə köçürüləcək. Lakin buradakı müəyyən təhlükəsizlik məsələlərinə görə onların sadalanan şəhərlərə köçürülməsi hələlik mümkün deyil. Amma təmir-bərpa işləri ilə məşğul olanların orada qalması həm onların işlə təmin olunması, həm də əhalinin bölgədəki artımı baxımından çox vacibdir. Bu, həm də siyasi bir məsələdir. Artıq ermənilər köçüb gedirlər”.

O, xatırladıb ki, bir vaxtlar gizli də olsa, ermənilər Qarabağda həmyerlilərinin məskunlaşmasını artırıblar:

“Bu, bir faktdır ki, sovet dövründə ermənilər Xankəndi, Xocalı, Xocavənd, Hadrut, Ağdərə və digər şəhərlərdə azərbaycanlıların məskunlaşmasına icazə vermirdilər, hətta onları pasport qeydiyyatına belə almırdılar ki, ərazidə azərbaycanlıların sayı arta bilər. Çünki, əgər azərbaycanlılar Qarabağda məskunlaşsa, bu, əhali miqyasında bərabərliyə səbəb olacaqdı. O vaxtı çox adamlar istəyirdi ki, gedib Xankəndidə məskunlaşsın, lakin buna icazə vermirdilər. Həmin dövrlərdə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi şöbəsi açılmışdı. Mən şahidiyəm ki, qonşu rayonlardan oraya gedən müəllimləri ermənilər qeydiyyata almırdılar, əksinə, onlar qeydiyyatsız qalmışdılar”.

Onun sözlərinə görə, bu gün ermənilərin çıxması ilə əlaqədar həmin ərazilərə daha çox azərbaycanlılar məskunlaşması yaxşı olar:

“Sözsüz ki, orada yaşamış adamlar oraya gedəcək, amma gənclərin, əsasən də orada işləyənlərin həmin ərazilərdə qalıb qeydiyyata düşməsi, yaşaması bizim üçün vacibdir. Çünki Qarabağ gözəl mənzərəli ərazidir və onların orada yaşayıb evlənməsi, fikrimcə, qanunauyğun haldır və vacibdir. Biz bunu həyata keçirməliyik”.

“Doğrudur, indi ermənilər gedirlər, istəyən daha sonra qayıda bilər. Cənab Prezident də bu barədə demişdi ki, qalıb-qalmamaq onların öz arzusudur. Onlar Azərbaycan qanunlarını qəbul edərlərsə, burada yaşaya bilərlər. Yox, əgər kim Azərbaycan qanunlarına tabe olmayıb çirkin məqsədlərinə davam edəcəklərsə, ərazini tərk etməlidirlər. Hər 2 fikir təqdirəlayiqdir ki, əgər gənclərimiz oraya gedib səmərəli işlər görürlərsə, işğaldan azad olunmuş əraziləri qurub-tikirlərsə. Onların orada qalması çox vacibdir”, – o, fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nazim
    Bəli məndə ailəlikcə xankəndində yaşamaq istərdim. Necə müraciət edə bilərəm və Dövlətimizin yaratdığı bu şəraitdən necə yararlana bilərəm?
    3 years ago