Pakistanın keçmiş baş nazir İmran Xanın partiyasından olan və vəzifəsindən uzaqlaşdırılan parlamentari hökuməti intihar hücumu ilə hədələyib.
Yenisabah.az xəbər verir ki, millət vəkili "Twitter"də paylaşdığı videoda “Nə sən, nə də övladların qalacaq. Sənə ilk intihar edən mən olacam. Minlərlə insan da bunu etməyə hazırdır”, - deyə sözlər deyib.
Aprel ayında Pakistan Milli Assambleyasında etimad səsverməsini itirən İmran Xan ölkədə etimad səsverməsi ilə istefaya göndərilən ilk baş nazir olub. Şahbaz Şərifin başçılıq etdiyi hökumətin işə başlaması ilə bağlı İmran Xan tərəfdarları etirazlarını davam etdirirlər. Dördpendirli pizza
Telegram kanalımız