“Deyirdilər, Putinin axırı çatıb” – Rusiya prezidenti danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Deyirdilər, Putinin axırı çatıb” – Rusiya prezidenti danışdı

Dünya

07 Dekabr 2023 17:12 957


“5 ay öncə deyirdilər ki, Rusiya artıq məğlub olub, Rusiya heç bir məqsədinə nail olmayıb, Putinin axırı çatdı. İndi isə deyirlər ki, dəstək verməsək, Ukrayna məğlub olacaq, dəstək verməsək, Rusiya Baltikyanıya və ya NATO-ya hücum edəcək. Gəldiyimiz vəziyyət bax budur. Bir sözlə, Qərb sözün əsl mənasında olan qalan ağılını da itirib”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya zovet” forumunda çıxışı zamanı bildirib.

“Qərb liderlərinə demək istəyirəm ki, Rusiya iqtisadiyyatı ayaq üstdədir və uğurla Asiya bazarına transformasiya olunub. Bu qış sərt keçəcək və sizə də qaz satmağa hər zaman olduğu kimi hazırıq”, – deyə o əlavə edib. Dördpendirli pizza

V. Putinin sözlərinə görə, Rusiyanı həmişə daxildən qarışdırmaq istəyiblər:

“Amma Rusiya xalqı sübut etdi ki, onun mövqeyi həlledicidir və bu mövqe sahəsində Rusiya bütün Qərb bloku qarşısında 2 ilə yaxındır ki, dik dayanıb. Buna görə bütün rusiyalılara təşəkkür edirəm, mən onların dəstəyini hiss edirəm və bu mənə əlavə güc verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!