DİN-dən kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

Kriminal

31 Dekabr 2024 14:27 874


Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb. Toyuqlu pizza

Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər:

"Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır.

Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!