DİN-dən zərbə: Bakı və Sumqayıtda narkokuryerlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən zərbə: Bakı və Sumqayıtda narkokuryerlər saxlanıldı

Kriminal

13 May 2026 11:22 270


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!