DİQQƏT! Bu qadınlarda ciddi psixoloji pozuntu var   - ƏLAMƏTLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ

Sosial

11 Oktyabr 2024 12:53 1266


Bir neçə gün öncə müğənni Günel Ələkbərova yenidən plastik əməliyyata girəcəyini açıqladı. Sənətçi bildirdi ki, məhz yazılan şərhlər onda kompleks yaratdığı üçün bu addımı atmaq qərarına gəlib. 

Son illər xüsusən xanımlar ard-arda plastik əməliyyatlar keçirirlər. Bu isə cəmiyyətdə ikili fikir yaradır. Hətta bunun psixoloji problem olduğunu iddia edənlər də var. 

Bəs bu fikir doğrudurmu? Hər sözdən kompleks yaşayıb estetik əməliyyat edənlərin psixi durumunda həqiqətən boşluqlar varmı?  pizza sifarişi

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Ülviyyə Murtuzova bildirib ki, bu hal ciddi psixoloji pozuntunun əlamətidir: 

“İnsanın özünü, anatomik quruluşunu bəyənməməsi iki halda yaranır: ya insan əvvəldən özünü bəyənmir, ya da kənardan deyilən sözləri kompleks edir. Hər iki halda, insanın özünü bəyənməməsi ciddi desmorfobik pozuntudur. Bu, psixologiyada çox ciddi pozuntu hesab olunur. Sözügedən pozuntu əvvəlcə üz nahiyəsindən başlayır, insan burnunu bəyənmir, üz quruluşundan şikayətlənir və ya dərim çox pisdir deyir. Daha sonra həmin insanlar saçlarını kompleks edir, qadınlarda ən öndə gedən komplekslərdən biri də sinələridir. Bu hal beləcə davam edir və zamanla artıq qadın bütövlükdə bədənini bəyənmir. Belə komplekslər qadınların cinsi münasibət qurmasını çətinləşdirir, onlar çılpaq bədənlərini nümayiş etməkdən utanırlar, bunun üçün qaranlıq mühitin olmasını istəyirlər. Əslində isə həmin şəxsin heç də qorxunc bədən quruluşu yoxdur, sadəcə problem düşüncədədir. 

Bəzi insanlarda həqiqətən qüsurlar var və bunu ətrafdakılar da görür. Amma bu, heç də hamıda belə deyil. Bu gün nə qədər xanım plastik cərraha müraciət edir, cərrah “heç nəyə ehtiyacınız yoxdur” desə də, təkidlə əməliyyyata girirlər. Bu, psixoloji məsələdir. 

Onun sözlərinə görə, kənardan deyilən hər fikri kompleks edən şəxslərdə psixoloji immunitet yaranmayıb və bunu aradan qaldırmaq üçün mütəxəssisə müraciət etmək məsləhətdir: 

“O ki qaldı başqalarının sözləri ilə hər dəfə plastik əməliyyatlara girməyə, bu, artıq düşüncə və fikirlərin başqası tərəfindən idarə olunmasına icazə verilməsidir. Bu iradə məsələsidir. Nə qədər ki, biz öz fikir və düşüncələrimizə sahiblənmək gücündəyiksə, deməli, biz psixoloji immuniteti özümüzdə yaratmış insanıq. Əgər kimlərsə bizim düşüncələrimizi idarə edirsə, deməli, zəifləmə nöqtəmiz, emosional dayanıqlılıq gücümüzün itirilməsi var. Bu, yolverilməzdir. Sadəcə ağıl və şüur, görən gözümüz, düşünən beynimiz, dərketmə və qavramanı təmin edən frontal beynimizin inkişafı varsa, insan normal qərarlar verə bilər. Bu zaman biz ətrafdakıların dediklərini dinləyib sonda öz ağlımızla hərəkət etməliyik. 

Heç bir ciddi qüsuru olmadan davamlı olaraq plastik, estetik əməliyyatlara girən insanlara tövsiyəm odur ki, bu düşüncələri bir mütəxəssislə paylaşsın. Gözəlliyə gözəllik qatmaq əvəzinə, gələcəkdə ciddi problemlərlə, fəsadlarla qarşılaşmamaq üçün mütəxəssis yardımı ilə bu yoldan geri dönmək daha məsləhətlidir. Çünki bu qadınlarda şüuraltı çox ciddi problemlər yatır”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!