DİQQƏT! Bu xəstəlikdən ölənlərin sayı üç dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu xəstəlikdən ölənlərin sayı üç dəfə artıb

Sosial

16 Avqust 2024 15:12 627


Demensiyadan (ağlını itirmə) ölənlərin sayı son 21 il ərzində üç dəfə artıb. 

Bakupost.az xıbır verir ki, bu barədə “The Primary Care Companion for CNS Disorders” jurnalında dərc olunan materialda bildirilir.

Qeyd olunur ki, yeni araşdırmalara görə, 1999-cu ildə təxminən 150.000 amerikalı demensiyadan ölüb. Bildirilib ki, 2020-ci ilə qədər bu rəqəm üç dəfə artaraq 450 mini keçib. pizza sifarişi

Pakistanın Kral Edvard Tibb Universitetinin həkimi, tədqiqat müəllifi Mohsan Əlinin sözlərinə görə, tədqiq edilən hər bir demoqrafik qrupda demensiyadan ölüm haları artıb.

Yaşlanma demensiya üçün ən əhəmiyyətli risk faktorudur. Bununla belə, ürək xəstəlikləri, şəkərli diabet və piylənmə kimi xroniki xəstəliklərin artması da buna səbəb ola bilər.

Araşdırmaya görə, qadınlar, qaradərili yaşlılar və kənd yerlərində yaşayan insanlarda demensiyadan ölüm halları daha çox müşahidə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!