“Diqqəti Ukraynaya yönəldəcəyik“ - Çex nazir

saytların hazırlanması

Evə çatdırılma

“Diqqəti Ukraynaya yönəldəcəyik“ - Çex nazir

Dünya

13 İyun 2022 12:44 749


“Çexiya Aİ Şurasına sədrliyi dövründə Ukrayna böhranının həllini Avropa İttifaqının diqqət mərkəzində saxlamağa çalışacaq”.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib:

"Biz vurğulayacağıq ki, Avropa Ukraynanı unutmamalıdır. Lakin bu barədə diplomatik danışıqları, ilk növbədə, ukraynalılar aparmalıdır. Ancaq biz ukraynalıları oyunda saxlamalıyıq. Fikrimcə, Çexiyanın sədrliyinin danışıqlara təsir etməyəcək”. Dördpendirli pizza

Nazir Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı böhranı diplomatik yollarla həll etmək imkanına malik olduğuna görə “Rusiyanı alçaltmaq olmaz” sözlərini də tənqid edib.

"Makron yəqin ki, bu məsələyə o qədər də diqqət yetirmir. Putin üçün Rusiyanın Qərbdə necə qəbul olunmasının əhəmiyyəti yoxdur", - deyə Lipavski vurğulayıb.

Çexiyanın Aİ-də yarımillik sədrliyi iyulun 1-dən başlayacaq. Hazırda Avropa İttifaqı Şurasına Fransa sədrlik edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!