“Dirilməyə” çalışan həmsədrlər -   Azərbaycanın bu təsisata ehtiyacı varmı?

saytların hazırlanması

Evə çatdırılma

“Dirilməyə” çalışan həmsədrlər - Azərbaycanın bu təsisata ehtiyacı varmı?

Siyasət

12 Aprel 2021 17:17 1056


"30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyəti iflasla nəticələndi. Qurum konkret olaraq gözləntiləri doğrulda bilmədi. Lakin Minsk qrupunun həmsədrləri məhz Azərbaycan öz milli gücü vasitəsilə münaqişəni həll etməsindən sonra "dirilməyə” - “canlanmağa" başladı.  Yaxud “siyasi reanimasiyadan çıxdığı” görüntüsü yaratmağa çalışdı. Amma nafilə... Reallıq bu idi ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə və ya vasitəçilik missiyasını yerinə yetirməyə hər hansı bir ehtiyac yoxdur".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Nurlan Qələndərli bildirib.

O qeyd edib ki, bu gün həmsədrlər yenə də hər hansı bir funksiya yerinə yetirmək istəyində, özlərini missiya daşıyıcısı kimi göstərmək niyyətindədirlərsə, heç olmasa, postmünaqişə dövründə Ermənistanın üçtərəfli Bəyanatın icrası ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində israrlı olmalıdırlar: pizza

"Məğlub ölkənin siyasi və hərbi təxribatlarına qarşı beynəlxalq səviyyədə konkret təşəbbüslər və addımlarla çıxış etsinlər. Məsələn, minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim olunmaması mülki və hərbi şəxslərin yaralanmasına, həlak olmasına səbəb olur ki, bu da müharibə cinayətidir. Və bu kimi digər neqativ halların qarşısını almaq üçün Ermənistanın beynəlxalq sanksiyalar vasitəsilə üçtərəfli Bəyanatın icra olunmasına məcbur edilməsi strateji zərurətdir. Bəlkə, postmünaqişə dövründə varlığını göstərmək istəyən ATƏT-in Minsk qrupunun həmsədrləri məhz bu məsələlərlə bağlı fəallıq göstərsinlər. Təbii ki, bunu etməyəcəklər. Çünki hər zaman siyasi səmimiyyətdən uzaq olublar".

Politoloqun fikrincə, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın bu təsisata ehtiyacı yoxdur:

"Ölkəmiz bütün hallarda təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır və özünün yaratdığı yeni reallıqlar fonunda geostrateji hədəflərini addım-addım gerçəkləşdirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!