Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 54 min 929 müraciəti daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 296 min 7 müraciət edib. Sezar pizza
Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 12 min 41 olub.
Telegram kanalımız