Ötən gün dönərdən kütləvi zəhərlənmə qeydə alınıb. Tovuzda 18 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.
Son zamanlar demək olar ki, bu cür zəhərlənmələrin sayı artıb. Bəs buna səbəb nədir?
Məsələ barədə “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov analoji hadisələrə səbəb olan faktorları sadalayıb: pizza hut
“Dönərxanalarda zəhərlənmə halları il boyu - yay, qış, payız aylarında baş verir. Təəssüflər olsun ki, bu ilboyu davam edən bir prosesdir. Qida Təhlükəsizliyi Agentliyinin profilaktik işləri də artıq nəticə vermir. Onların cəld və hər yerdə yoxlama işi aparmaq imkanı yoxdur. Onlar bu prosesi planlı şəkildə həyata keçirir”.
E.Hüseynov bildirib ki, dönərxanalar cəmiyyətin bəlasına çevrilib:
“İllər öncə dönərləri təmiz ətdən hazırlayıb, onu şişə taxıb, mənfi 40 dərəcə şok dondurmadan keçirərək, karton qutulara quraşdırmaqla xüsusi avtomobillərdə dönərxanalara çatdıran iki müəssisə müəyyən olunub. Lakin bu yerlərdən heç bir dönərxana ət almır. Dönərxanalara getsək, divardan asılı kağızlar, sənədlər görürük. Lakin həmin kağızlar dönərxanalara aid deyil. Bütün bunlar hamısı müəmmalı qalan məsələlərdir. Dönərxanalarda zəhərlənmələr təkcə ətdən deyil, oradakı dönərə qatılan inqridientlərdən də baş verə bilir. Orada mayonezlərin saxlanma müddəti 1 saatdan artıq deyil. Ancaq dönərxanalarda açıq havada və isti şəraitdə saxlanılır. Ən ciddi problemlərdən biri isə bu gündən sabaha saxlanılan, satılmayan, növbəti gün satılmaq üçün nəzərdə tutulan hazır dönərlərdir. Bunlar artıq çirklənmiş sayılır. Necə və hansı şəraitdə saxlamağın bura aidiyyatı yoxdur. Çünki yenə də həmin dönər yararsızdır. Qida təhlükəsizliyinin standartlarında dəyişiklik olmalıdır. Onlar cəld yoxlama mexanizminə keçməli, beləliklə dönərxanalarda vəziyyət dəyişməlidir”.
Aytac Şahin
Telegram kanalımız