Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Kriminal

07 Yanvar 2025 19:16 554


Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, altı il müddətə azadlıqdan məhrum edilib. pizza mizza

Proses zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun vəkili müdafiə çıxışı edib.

Qeyd edək ki, Həmzə Məmmədli Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!