Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirildi

Sosial Veb saytların hazırlanması

03 Dekabr 2023 16:15 484


Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın üçündə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın doqquzunda keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!