DTX Azər Zeynalovun da əllərini qandalladı -   Vasif Talıbovun varisi Bakıya gətirildi

saytların hazırlanması

Evə çatdırılma

DTX Azər Zeynalovun da əllərini qandalladı - Vasif Talıbovun varisi Bakıya gətirildi

Siyasət

07 Oktyabr 2023 12:07 9073


Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq Bakıya gətirilib.

Yenisabah.az Dia.az-a istinadla xəbər verir ki, bu haqda yaxın qohumları məlumat yayıb.

Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi. pizza sifarişi

A. Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun nəyə görə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur. Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün A. Zeynalovun  məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!