“Rusiyanın Cənubi Qafqazda kifayət qədər ciddi problemləri var. Səbəb Rusiyanın keçmiş sovet ərazisində dəqiq strategiyasının yoxluğudur. Həm də digərlərinin onunla düzgün münasibət qurarkən Moskvanın hansı prinsiplərin toxunulmaz saxlanılması müəyyən edilməyib. Bu həm də siyasi proseslərlə bağlıdır. Qısası, son 30 ildə Rusiya eyni anda üç “cəbhədə” “mübarizə aparır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert, politoloq Aleksandr Dugin deyib.
“90-cı illərdə Azərbaycanda hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, Bakıda isə anti-Rusiya meylli Azərbaycan Xalq Cəbhəsi iqtidarda idi. Məhz bundan sonra Qarabağ Azərbaycanın yurisdiksiyasından çıxaraq, Ermənistanın nəzarətinə keçdi”, - deyə A. Dugin vurğulayıb. pizza
O əlavə edib: “Ermənistan Paşinyanın dövründə Qərbin təsir dairəsi ilə oyunlar və İlham Əliyev Azərbaycanda Moskva ilə münasibətləri kifayət qədər çevik və möhkəm şəkildə qurmağa başlayandan sonra Qarabağ Ermənistanın nəzarətindən çıxıb və Azərbaycanın nəzarəti altına keçib. Məncə, bu təcrübə postsovet paytaxtlarının düzgün nəticə çıxarması və anlaması üçün kifayətdir”.
Telegram kanalımız