Dugin: “Zelenski təslim olana qədər əsgərlərimiz evlərinə qayıtmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

Dugin: “Zelenski təslim olana qədər əsgərlərimiz evlərinə qayıtmayacaq”

Dünya

11 Aprel 2022 17:48 530


"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı birqütblü dünyaya çağırışdır və bunun nəticəsində yeni dünya nizamı yaranacaq".

Yenisabah.az "Turkiye Gazetesi"nə istinadla xəbər verir ki, bunu sözügedən Türkiyə nəşrinə müsahibəsində rusiyalı filosof və politoloq Aleksandr Dugin bildirib.

"Rusiya ordusu hazırda birqütblü dünya tətbiq edən suveren güclərə qarşı vuruşur. Biz bu müharibəni uduza bilmərik. Əks halda, bütün dünya böyük bir alova bürünəcək", - deyə Dugin vurğulayıb. Pepperoni pizza

O əlavə edib:

"Bizim Ukrayna addımımız ABŞ və NATO-ya yönəlmiş birqütblü dünya nizamına meydan oxumaqdır. NATO ölkələri Ukraynanı zərbə üçün baza seçiblər və fevralın 24-də Rusiyanın hərbi müdaxiləsi olmasaydı, Ukrayna ərazisindən Rusiyaya hücumlar başlayacaqdı”.

A. Dugin döyüş meydanındakı nisbi durğunluğu, qoşunların Kiyev və ətraf ərazilərdən çıxarılmasını “müvəqqəti vəziyyət” kimi izah edib:

"Bir çox nöqtələrdə müşahidə olunan qoşunların çıxarılması sırf taktiki addım idi. Hazırda orduda komandanlıq da daxil olmaqla, genişmiqyaslı təftişlər aparılıb. Ordu hazırlıqlarını başa vurduqdan sonra əvvəlcə Donbas tamamilə təmizlənəcək.

Donbasın və ya Ukraynanın müəyyən hissəsinə nəzarət Rusiyanın qələbəsi deyil. Ölkə boyu hədəflər məhv edilməyincə və təhlükəsizlik təmin olunmayınca, yaxud Zelenski təslim olana qədər əsgərlərimiz evlərinə qayıtmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!