Dünən bağlanan məktəbin müəllimi koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünən bağlanan məktəbin müəllimi koronavirusdan vəfat etdi

Sosial

18 Mart 2021 16:49 892


Bakıda R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin müəllimi Təranə Abdullayeva koronavirusdan vəfat edib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 56 yaşlı ibtidai sinif müəllimi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin “COVID-19” infeksiyasına yoluxmaları təsdiq olunmuşdu. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!