"Gündən-günə hər növ dələduzların sayı artır. Axşam olan kimi bizim məhəllədə bir neçə nəfər (qız və oğlan) normal geyimdə gəzişir. Biri blokun qabağında dayanır, bir neçəsi isə məhəllənin içində olur. Binaya sakinlər yaxınlaşanda blokun qabağında dayanan tez xəbər edir, o biri tərəfdən qız qaça-qaça gəlib “dərman almalıyam, pul verin” deyir".
"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşıb.
"Blokumuz kodla açılır. Dünən biri arxamca bloka girməyə cəhd etdi. Tez qapını örtdüm. Sezar pizza
Əvvəllər uşaqlarımız axşam vaxtı rahat həyətə düşə bilirdi, indi isə mən də, qonşular da uşaqlarımıza görə narahatıq.
Komendanta demişik, o da qovur onları, amma xeyri yoxdur" - Nura əlavə edib.
Telegram kanalımız