Dünya Bankı Ukraynaya 1,5 milyard dollar əlavə yardım elan edərək, Ukrayna iqtisadiyyatı üçün planlaşdırılan ümumi dəstək paketini 4 milyard dollardan çoxaldıb.
Yenisabah.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi humanitar böhran yaradıb və ölkə iqtisadiyyatını dağıdıb, infrastrukturu məhv edib, taxıl ixracını əngəlləyib və Ukrayna hökumətinin hesabları ödəməsini qeyri-mümkün edib.
Dünya Bankının bəyanatında deyilir ki, maliyyələşdirmənin yeni mərhələsi hökumət və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcək. İndiyədək Ukrayna hakimiyyəti yeni vəsaitlərdən təxminən 2 milyard dollar ayırıb. pizza mizza
Bankın prezidenti David Malpassın sözlərinə görə, davam edən müharibə şəraitində Ukraynaya və onun xalqına dəstək davam edəcək.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl demişdi ki, hökumətinin fəaliyyətini davam etdirməsi üçün ayda 7 milyard dollar yardım lazımdır.
Telegram kanalımız